Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb

Fevralın 18-də Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanın uzaq qohumu, 1983-cü il təvəllüdlü Vəliədov Elşən İsrafil oğlu tərəfindən qətlə yetirilməsi müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində lal-kar qadını amansızlıqla öldürən 31 yaşlı paytaxt sakini tutulub. İlkin ifadəsində o, qətl törətdiyini etiraf edib. E.Vəliədov bildirib ki, 68 yaşlı qadını döydükdən sonra onun başını qolunun arasına alıb və boğaraq öldürüb.
Hadisədən sonra E.Vəliədovun evdən bəzi qiymətli əşyaları götürdüyü də bildirilir.
Qeyd edək ki, G.Ağayevanın qətlə yetirilməsini ilk olaraq 17 yaşlı nəvəsi Leyla İsrafilzadə görüb. Evə gələn qız nənəsini çarpayıda qan içində görüb və haray salıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31