Firma oğrusu ələ keçdi

Firmadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. Saxlanılan şəxsin əvvəllər məhkum edilmiş Ağdam rayon sakini Adil Mustafayev olduğu müəyyən edilib. O, iyulun 17-də Bakı şəhər sakini Vaqif İsmayılova məxsus Z. Bünyadov prospektində yerləşən firmadan oğurluq etməkdə şübhəli bilinir. Hazırda onun digər oğurluq hadisələrində iştirakı araşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31