Bakıda məişət obyektlərinə qənim kəsilən şəxs tutulub
3 Mart 2014 10:41 KriminalBakıda bir neçə məişət obyektindən oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əşraf Məmmədov tutulub.
Məlum olub ki, o, yanvarın 24-də Babək prospektində yerləşən, Səfura Nərimanovaya məxsus mağazadan, fevralın 14-nə keçən gecə Q.Nəbi küçəsində yerləşən, Məhbubə Eyvazlıya məxsus gözəllik salonundan, fevralın 27-də isə Sarayevo küçəsində yerləşən, Sevil Quliyevaya məxsus mağazadan oğurluq edib.
Bundan başqa, Ə.Məmmədov fevralın 20-nə keçən gecə N.Tusi küçəsində yerləşən, Yaşar Nəsibova məxsus dərzi sexini, Samirə Mikayılovaya məxsus gözəllik salonunu və Elşad Mustafayevə məxsus mağazanı qarət edib. Yaxalanan şəxs fevralın 27-də E.Mustafayevin mağazasından yenidən oğurluq edib.
Sadalanan faktlarla əlaqədar cinayət işi açılıb, istintaq davam edir.