Bakıda bərbərxanada partlayış olub
3 Mart 2014 10:35 KriminalBakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.
Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31