Bakıda bir gecənin yol dəhşəti: 2 azyaşlının gözləri önündə maşınlardan meyit çıxardılar

Bakıda gecə dəhşətli qəzalarla yadda qalıb. Sabunçu rayonunun ardından Xəzər rayonunda baş verən yol qəzasında da ölüm olub.
Milli.Az xəbər verir ki, Xəzər rayonu ərazisində "Opel", "VAZ" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Bundan başqa, 2 azyaşlı uşaq xəsarət alıb. Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qəza barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Xilasedicilər tərəfindən yaralılar və ölənlər sıxılmış vəziyyətdə olan maşınlardan çıxarılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31