Uşaqların davasına böyüklər qoşuldu

2 ölü, 4 yaralı var

Türkiyənin Bitlis vilayətində iki ailə arasında uşaqların davası ilə başlayan mübahisə silahlı insidentə çevrilib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, insident nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisə İçkal və Öztürk soyadlı ailə üzvləri arasında yaşanıb. Yaralılar təcili yardımlarla Bitlis və Tatvan Dövlət Xəstəxanasına aparılıb. Polis ərazidə geniş təhlükəsizlik tədbirləri görərək istintaqa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31