Məcburi köçkünlər qəsəbəsində cəbbəxana aşkarlandı

Azərbaycanda məcburi köçkünlərin yaşadığı ərazidə silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Füzuli RPŞ əməkdaşları tərəfindən Qayıdış-6 qəsəbəsinin ərazisindən 2 ədəd "TOZ-8" markalı  tüfəng, 5 qumbara, 5 ədəd trotil şaşka, 12 ədəd müxtəlif çaplı patron, 19 ədəd alışdırıcı, 2 patron darağı, 1 pulemyot lenti və 2 fitil tapılıb.

Həmin gün Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd qumbara, 106 ədəd müxtəlif çaplı patron və 2 ədəd alışdırıcı tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31