Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb

Xırdalanda yaşayış binasında baş verən yanğın söndürülüb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binanın 18-ci mənzilində meydana gəlib. Yanğının baş verməsinə həmin mənzildə yaşayan azyaşlı uşağın ehtiyatsızlığı səbəb olub. Belə ki, azyaşlı kibritlə oynayarkən mənzildəki divana od düşüb. Nəticədə evin 40 kv/m sahəsi yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Fakta bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31