8 maddə ilə təqsirli bilinən məhkuma 5 ədəd telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1; 182.2.2; 182.2.3; 180.2.2; 332.2.1; 332.2.3; 66.3 və 332.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Arzuman Mirzə oğlu İsmayılovun yanına qisa müddətli görüşə gəlmiş qardaşı Tamerlan Mirzə oğlu İsmayılzadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Texnolux" markalı elektrik çaynikinin elektrik qidalandırıcısının içərisində gizlədilmiş 5 ədəd "Nokia" markalı mobil telefon aparatları, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı, 1 ədəd mobil telefon üçün nəzərdə tutulmuş elektrik generatoru və 3 ədəd elektrik qidalandırıcısının ucluqları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31