Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus kafedə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyibdən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyalardan ibarət kafe yanıb. Yanğın zamanı yaxınlıqdakı "Hyundai" markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31