Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb
27 Fevral 2014 16:28 KriminalHəbsdə olan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin sabiq əməkdaşının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Təqsirləndirilən şəxsin cinayət işi üzrə ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda ittiham aktı baxılmaq üçün məhkəmənin hakimlərindən birinin icraatına veriləcək.
Qeyd edək ki, təqsirləndirilən Vüsal Müslümov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
O, baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulub. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31