Qaradağ rayonunda zəncirvari qəza (VİDEO)

Qəza nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub

Qaradağ rayonunda baş vermiş zəncirvari qəzada ikisi avtobus, üçü minik avtomobili olmaqla, 5 nəqliyyat vasitəsi toqquşub. 124 saylı marşrut avtobusu idarəetməni itirərək qarşısında dayanan, eyni xətt üzrə hərəkət edən avtobusa, avtobus "Mercedes"ə və "Hyundai" markalı avtomobilə, sonuncu isə "Mitsubishi"yə dəyib. Hadisə nəticəsində xəsarət alan sərnişinlər barədə dəqiq məlumat yoxdur. Onlardan biri 1968-ci il təvəllüdlü Ağababa Məmmədov onurğa və bel nahiyəsinin və döş qəfəsinin əzilməsi diaqnozu ilə Travmatologiya İnstitutuna daxil olub. Hazırda vəziyyəti orta ağırdır.Hadisəyə səbəb kimi 124 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsünün sürət həddini aşması göstərilir. Faktla bağlı araşdırma aparılı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31