Xızıda inzibati bina yanıb
27 Fevral 2014 14:55 KriminalXızı şəhərində inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nticədə ümumi sahəsi 140 kv.m olan nasosxananın içərisində yerləşən 2 otaq və dəhlizin yanar konstruksiyaları 70 kv.m sahədə, ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Nasosxananın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31