Salyanda qaraj yanıb

Salyan rayonu, Kür Qaraqaşlı kəndində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 272 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisinə səpilmiş saman və köhnə istifadəsiz əşyalar 7 kv.m sahədə yanıb. Həmçinin sayı məlum olmayan ev quşu tələf olub. Qaraj və ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31