Saatlıda 4 otaqlı ev yanıb

Saatlı rayonu, Yeni Novruzlu kəndində vətəndaşa 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar2a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 108 kv.m olan evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31