Lerikdə narkotika alverçisi tərəzi ilə həşiş satarkən yaxalandı
27 Fevral 2014 14:22 KriminalAzərbaycanda daha bir narkotika alverçisi "iş" başında yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 26-da Lerik RPŞ əməkdaşları rayonun Piran kəndi ərazisində Lənkəran şəhər sakini Hacıbaba Fərəclinin idarə etdiyi "VAZ-2106" markalı avtomobili nəzarət qaydasında saxlayıblar. Avtomobildə olan sərnişin Məhəmməd Cəfərovdan 110 qram həşiş və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31