Bakıda “Topaz” qarət olundu
27 Fevral 2014 13:59 KriminalBakıda mərc oyunları klubunda oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Samir Əliyevə məxsus "Topaz" mərc oyunları klubundan 1500 manat pul və məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Xəqani Bağırov və Elçin Xəlilov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31