Cinayətkar Bakıda pasport alarkən yaxalandı

Rusiyada axtarışa verilən şəxs Azərbaycanda pasport alarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Quba RPŞ və rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çelyabinsk vilayəti Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağər zərər vurma) maddəsi ilə axtarışda olan Tehran Osmanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31