Bakıda partlayış - Xəsarət alan var
25 İyul 2012 21:10 KriminalBakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kvadrtametr olan birmərtəbəli üçotaqlı evin hamamında bu gün günorta saatlarında partlayış baş verib, nəticədə 1 kvadratmetr sahədə pəncərə çərçivəsi yanıb, ev sakini xəsarət alıb və xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31