Bakı-Yevlax yolunda dəhşətli qəza: ölənlər var
27 Fevral 2014 10:33 KriminalFevralın 27-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində 90 GC 751 nömrə nişanlı "Mitsubishi" markalı avtomobil sürücünün idarəetməsindən çıxıb. Yol kənarında yuvarlanan avtomobildə olan iki nəfər hadisə yerindəcə dünyasını dəyişib.Hazırda ölən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31