Aptek soyulub

Gəncədəki aptekdən 112 manat pul aparılıb

Gəncədə aptek soyulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir qrup Gəncə şəhər sakini mağazadan və aptekdən oğurluq etdiklərinə görə tutulublar.

Fevralın 23-də Kamal Mustafayevə məxsus mağazadan ərzaq məhsulları, fevralın 24-də Sabir Qasımova məxsus aptekdən 112 manat pul oğurlanıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Əkbərov, Tural Məmmədov və Elgün Məmmədov tutuublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31