Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın 1-ci mərtəbəsinin dəhlizində və 5 kv.m sahədə lambirdən ibarət tavanı yanıb. Yataqxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31