“Ford”la “Mersedes” toqquşdu, iki nəfər dünyasını dəyişdi

Tovuz rayonu, Aşağı Ayıblı kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunmuşdur. Digər avtomobil yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31