Liftdə qalmış 3 nəfər xilas edilib
26 Fevral 2014 12:23 KriminalBakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "OLaylar"a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olib ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31