Azərbaycanda dəhşətli qəza, iki hərbçi yanaraq öldü
“N” saylı hərbi hissənin baş leytenantı Nəzərov Elçin və əsgər Zeynalov Seymurun içərisində olduğu maşın yük maşını ilə toqquşub
26 Fevral 2014 11:20 KriminalBu səhər Tovuz rayonunda baş verən avtomobil qəzasında yanaraq həlak olanlar hərbçilər olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza zamanı "N" saylı hərbi hissənin baş leytenantı Nəzərov Elçin Tağı oğlu və əsgər Zeynalov Seymur Zakir oğlu yanaraq həlak olublar.
Qəzaya səbəb baş leytenant Nəzərov Elçinin idarə etdiyi "Mercedes" markalı avtomobillə "Ford"la toqquşması olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31