Bu restoran və kafe fahişəxanadır

Əxlaqsızlıq yuvaları təşkil edən şəxslər tutulub

Siyəzəndə restoranda fahişəxana tapıldı. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat zamanı Siyəzən rayon sakini Rəhman Rzayevin və Xızı rayon sakini Tural Quliyevin rayon ərazisində işlədikləri "Siyəzən" restoranında fahişəxana təşkil edibmişlər.

Bundan başqa, Şabran rayon sakini Səxavət Şahbazovun Xaçmaz rayonunun ərazisində işlədiyi "Çardaq" kafesində əxlaqsızlıq yuvaları təşkil edib.

Digər əməliyyat zamanı Quba rayon sakini Sülhanə Ağayevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31