Bakıda yeni fırıldaqçılar peyda olub
25 İyul 2012 15:17 KriminalPaytaxtın Suraxanı rayonunda əhalini aldatmaqla məşğul olan qrup fəaliyyət göstərir. Bu barədə rayon sakinlərinin "Olaylar"a verdiyi məlumata görə, bir neçə nəfərdən ibarət qrup üzvləri qapı-qapı gəzərək aldatma yolu ilə sakinlərdən pul yığırlar. Belə ki, özlərini "Bələdiyyə MMC" müəssisəsinin işçiləri kimi təqdim edən şəxslər vətəndaşlardan 50 manatdan yığaraq onların qanunsuz evlərini sənədləşdirəcəyini vəd edirlər. Bildirirlər ki, "Bələdiyyə MMC" məhz bu məqsədlə yaradılıb və əhalinin mənzillərinini sənədləşdirilməsi ilə məşğuldur. Artıq fəaliyyətlərini genişləndirən fırıldaqçılar Əmircan və Hövsan qəsəbələrində cakinlərə guya torpağın mülkiyyətə verilməsinə əsas yaradacaq ilkin sənəd də təqdim ediblər. Əhalinin bələdiyyəyə müraciətindən sonra bəlli olub ki, sözügedən sənəd saxta olmaqla yanaşı, heç bir hüquqi qüvvəyə malik deyil.