Bakıda polislərin güllələndiyi hadisədə yaralananlardan daha biri öldü

Fevralın 24-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş silahlı insident zamanı güllələnən şəxslərdən daha biri ölüb. Lent.az-ın məlumatına görə, ağır xəsarət almış 1954-cü il təvəllüdlü Yusif Hacıəliəhməd oğlu Əlipaşayev bu gün xəstəxanada keçinib. 1959-cu il təvəllüdlü Gülağa Lətifovun güllələdiyi Fərid Qədirov isə hadisə zamanı dünyasını dəyişmişdi. Hazırda xəstəxanada olan polis polkovniki Akif Nəzərovun vəziyyəti normallaşıb. Onun oğlu, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin təhqiqatçısı olan Asif Nəzərovun vəziyyəti isə orta ağırdır.
Dünən həbs edilən Gülağa Lətifov ilkin ifadəsində hadisəni mübahisə zəminində, ona ünvanlanmış təhqiramiz ifadələrə görə törətdiyini bildirib. Əslən Laçın rayonundan olan və Kürdəmir rayonunda daimi yaşayış qeydiyyatında olan G.Lətifov barəsində Cinayət Məcəlləsinin 120.1 və 29.120.2.7-ci maddələri ilə iş başlanılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31