Xədicə İsmayilova növbəti dəfə ifadə verdi VIDEO

Araşdırmaçı-jurnalist Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb

Araşdırmaçı-jurnalist Xədicə İsmayilova ifadə verməsi üçün növbəti dəfə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Jurnalistin şəxsi kompüterinə və e-mail ünvanına baxış keçiriləcək. Xədicə İsmayilova fevralın 17-də sosial şəbəkədə milli təhlükəsizlik nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənəd yerləşdirib.
Onun e-mail ünvanına baxış keçirilməsində məqsəd həmin sənədin kim tərəfindən ötürüldüyünü müəyyənləşdirməkdir. Faktla bağlı cinayət məcəlləsinin dövlət sirrini yayma maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31