Qadın intihar etmək istədi
24 Fevral 2014 17:30 KriminalSumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olmuşdur ki, 1974-cü il təvəllüdlü qadın dördmərtəbəli binanın sonuncu mərtəbəsinin eyvanından özünü aşağı atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparmış, digər xilasedicilər yaranmış əlverişli şəraitdən istifadə edərək mənzilin qapısını açmış və qadını tutaraq intihara cəhd qarşısını almışlar. Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31