Bakıda stomatoloji kabinetdə yanğın olub

Bakıda stomatoloji kabinetdə yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli stomatoloji klinikanın birinci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan otağın döşəməsi 3 kv.m sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31