Yol qırğını davam edir: 8 ölü

İstirahət günləri Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər həlak olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 22-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Fevralın 23-də isə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31