“Tefal” ın altında gizlədilmiş telefon aşkar edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2: 52 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Vaxtanq Lazareviç Bukukişviliyə Elnarə Hikmət qızı Hüseynova tərəfindən göndərilmiş banderola baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Tefal" markalı elektrik su qızdırıcısının alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və elektrik qidalandırıcısının bir hissəsi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31