Həyat yoldaşına telefon ötürmək istədi
24 Fevral 2014 12:54 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış Müalicə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Rahim Pənahalı oğlu Əliyevin yanına qisa müddətli görüşə gəlmiş həyat yoldaşı Gülnaz Novruz qızı İsmayılovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı sellofan çantada olan ərzaq məhsullarının içərisində gizlədilmiş 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31