Türməyə dərman keçirmək cəhdinin qarşısı alındı
24 Fevral 2014 12:47 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan Laçın Kərim oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Nərminə İlyas qızı Cəfərovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı sovqatın içindəki əl-üz məhrəbasının kənarlarına tikilərək gizlədilmiş 38 ədəd həb aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31