Mağazanı qarət edənlər...
...yaxalanıb
25 İyul 2012 12:44 KriminalBakıda yerləşən mağazanın qapısını sındırmaqla oradan siqaretlər, velosiped və 250 manat oğurlayan Kamran Şıхəliyev, Nurlan Ömərov, Kənan Alıyev və Coşqun Ələkbərli yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, hadisə iyulun 21-də baş versə də Nəsimi RPİ 19-cu PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri iyulun 24-də yaхalanıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31