Xədicə İsmayılovanın şəxsi kompüterinə və emailinə baxış keçiriləcək VIDEO

Məqsəd jurnalistin yerləşdirdiyi sənədi kimin ötürdüyünü müəyyənləşdirməkdir

"Casus siyahısı"nın müəllifi kimi tanınan jurnalist Xədicə İsmayılovanın şəxsi kompüterinə və email ünvanına baxış keçiriləcək. Məqsəd jurnalistin fevralın 17-də sosial şəbəkədə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənədi kimin ötürdüyünü müəyyənləşdirməkdir.Fevralın 25-də növbəti dəfə ifadə verməsi üçün Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilən Xədicə İsmayılovaya kompüteri ilə gəlməsi xahiş edilib.Faktla bağlı cinayət məcəlləsinin dövlət sirrini yayma maddəsi ilə cinayət işi başlanıb. Buna səbəb jurnalist Xədicə İsmayılovanın Amerikanın xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürdüyü iddia olunan casus siyahısını sonradan sosial şəbəkədə yayması olub. Araşdırmaçı jurnalist hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan müxalifət nümayəndələrinin siyahini MTN əməkdaşından 2 il əvvəl əldə etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31