Bakının mərkəzində 16-mərtəbəli bina yandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın artıq lokallaşdırılıb.

---------
 

Milli.Az bildirir ki, Səbail Rayon İcra Hakimiyyətindən Day.Az saytına deyilib ki, yanan 16-mərtəbəli binanın fasadında təmir işləri aparılırmış.

"Fasadın yenilənməsi üzrə işlərin böyük hissəsi bitmişdi. Təmir yekunlaşmaq üzrə idi", - məlumatda deyilir.

---------
 

Bakının mərkəzində yaşayış binaların birində yanğın başlayıb. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər. Yanğınla əlaqədar şəhərin mərkəzində tıxac yaranıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra Trend-ə bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

---------
 

Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, Hökumət Evinin arxasında yanğının baş verməsi barədə məlumat daxil olub. Həkim briqadaları hadisə yerinə gediblər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31