Azərbaycanda saxta diplom satan institut müəllimi tutuldu

Müəllimlər İnstitutunun əməkdaşı Nərgiz Əliyeva və orta məktəb müəllimi Xatirə Əmənova bir diplomu 5800 manat pul müqabilində satıblar

Azərbaycanda institut müəllimi tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, Sabunçu rayonundakı orta məktəblərdən birində müəllimə işləyən Xatirə Əmənova Gəncə şəhər sakini, Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialında operator işləyən Nərgiz Əliyeva ilə birgə saxta diplom satıblar.Müəllimlər Sevil Hacıyevaya 5800 manat pul müqabilində 1 ədəd Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialının diplomunu satıblar.Saxtakarlığa yol verən təhsil ocağı əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31