Bakı sakini olan qadından 2 kilo narkotik tutuldu

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Asudə Soltanovadan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq

Bakı sakinindən 2 kiloqramdan artıq narkotik maddə aşkar olunaraq götürülüb. 
Bakı Şəhər Baş Polis İdarəsindən mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Asudə Soltanovadan 2 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31