Lombard sahibi özünü 7-ci mərtəbədən atdı

Bakıda 46 yaşlı kişi özünü  çoxmərtəbəli binadan ataraq intihar edib.  Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əsəd Əhmədov küçəsi 22 a ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.

Qeyd edək ki, E. Salayev Lombard sahibi imiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31