H.Əliyev prospektində avtoqəza can aldı
1 ölü iki yaralı var
25 İyul 2012 12:42 KriminalH.Əliyev prospektində iyulun 24-də gecə saatlarında baş verən avtoqəzada 1 nəfər həyatını itirib. Bakı şəhər Baş Polis İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, Gədəbəy rayon sakini Nofəl Əmrahovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində qarşıdan gələn Bakı şəhər sakini Natiq İsaqovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə, N.Əmrahov hadisə yerində dünyasını dəyişib, digər iki yaralı хəstəхanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31