Bakıda taksi sürücüsünü amansızlıqla öldürdülər
21 Fevral 2014 17:37 KriminalBu gün səhər saatlarında Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində, Biləcəri meydanı kimi tanınan ərazidə taksi sürücüsü bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. Qətlin səbəbləri araşdırılır.
Hadisəni törətmiş şəxs müəyyən edilib. Hazırda faktla bağlı dəqiqləşdirmələr aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31