Ədliyyə leytenantı corabında tiryək keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, 5 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31