Bədən Tərbiyəsi Akademiyasının laborantı özünü öldürdü

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında binadan yıxılaraq ölən şəxsin intihar etdiyi məlum olub.  Bu barədə Nərimanov rayon Polis İdarəsindən bildirilib.  Məlumata görə, Akademiyada laborant işləyən, 1970-ci il təvəllüdlü Fuad Kamil oğlu Rzayev intihar etməzdən əvvəl məktub yazıb. O, məktubda intiharının ailə problemləri ilə bağlı olduğunu açıqlayıb. Mərhum ölümündə heç kimin günahı olmadığını qeyd edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31