Azərbaycanın tanınmış bankında oğurluq oldu

Keçirilən əməliyyat zamanı oğurluq edən şəxslərin kimliyi məlum olub . Yevlax rayonunda "Bank Respublika"nın həyətindən oğurluq edilib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 19-da "Bank Respublika" ASC-nin Yevlax rayon filialının həyətindən 30 metr su borusu oğurlanıb. Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat keçirilib. Keçirilən əməliyyat zamanı oğurluq edən şəxslərin kimliyi məlum olub.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluq edən Ruslan Hüseynov və Eşqin Tağıyev tutulublar.

Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31