Şəkidə yol qəzası can aldı
1 ölü. 3 yaralı
25 İyul 2012 11:48 KriminalŞəki-Oğuz yolunun Şəki rayonu Oravan kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən "OLAYLAR"-a verilən məlumata görə, qəza nəticəsində eyni ailənin bir üzvü ölüb, 3 üzvü ağır yaralanıb. Yaralılar Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb şöbəsinin regional bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31