İçərişəhərdəki ofisdə dəhşət yaşandı
“Caspian Geology” şirkətinin baş ofisində intihar olub
21 Fevral 2014 10:17 KriminalÖtən gün Bakının Səbail rayonunda, daha dəqiq İçərişəhərdəki şirkətlərin birində intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə İçərişəhərdə, Asəf Zeynallı küçəsi 37 ünvanında yerləşən "Caspian Geology" şirkətinin baş ofisində qeydə alınıb.Belə ki, şirkətin işçisi 1952-ci il təvəllüdlü Saleh Əlipaşa oğlu Əliyev özünü xidməti otağında asıb. Onun meyidini şirkətin əməkdaşları tapıb. Hadisə ilə bağlı araşdırmalara başalnıb.Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31