Naməlum şəxslər Səbaildə qan töküb - HADİSƏ

Silahlı insident zamanı 1 nəfər yaralanıb

İyulun 24-də Səbail rayonu ərazisində silahlı insident yaşanıb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Faiq Ömər Nemanzadə küçəsində qeydə alınıb. Hadisə zamanı 1980-cı il təvəllüdlü Elnur Həşimov naməlum şəxslər tərəfindən güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31