Dələduzluqda şübhəli bilinən şəxs tutuldu

2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibarlarından sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb qaytarmamışdır. Binəqədi RPİ 6-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova tutulmuşdur.
**

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağazeynal Əmiraslanovdan 450 qram mariхuana götürülmüşdür.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31